“Dağ Trekləri Agentliyi”nin direktoru - ölkəmiz daha bir möhtəşəm qələbə qazandı
“Dağ Trekləri Agentliyi”nin direktoru - ölkəmiz daha bir möhtəşəm qələbə qazandı

Gürcüstan daha bir böyük qələbə qazandı. Beynəlxalq turnirlər keçirməklə ölkəmizə dünya arenasında daha çox nümyiş olunmaq üçün böyük potensial verilib, – “Dağ Trekləri Agentliyi”nin direktoru İrakli Burçuladze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Gürcüstanın dağ kurortlarında planlaşdırılan dünya kubokları yenidən yüksək səviyyədə keçiriləcək.

“Beynəlxalq turnirlərin keçirilməsi ölkəyə özünü dünya arenasında daha çox göstərmək üçün böyük potensial verir. Biz bu serianı daim davam etdiririk, qarşıdakı illər uğurlu və keyfiyyətli olacaq. Bu, Gürcüstanın qazandığı növbəti böyük qələbədir”, – Burçuladze qeyd edib.

Xatırladırıq ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) himayəsi altında Bakurianidə xizək kross növü üzrə Dünya Kubokunun final mərhələsi keçirilib.

Beynəlxalq yarışda 12 aparıcı ölkədən (İsveçrə, İsveç, Kanada, Avstraliya, Çili, Fransa, Böyük Britaniya, Gürcüstan, Almaniya, İtaliya, Yaponiya, ABŞ) 60 idmançı mübarizə aparıb.

Yarışlar beynəlxalq mediada işıqlandırılıb və “Eurosport” kanalında canlı yayımlanıb.

Tədbir Gürcüstan hökumətinin dəstəyi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Dağ Yolları Agentliyi” MMC-nin (MTA) dəstəyi və Xizək Federasiyasının təşkilatçılığı ilə keçirilib.