"Cyprus Airways" Larnaka-Tbilisi-Larnaka hava xətti üzrə müntəzəm reyslərə başlayır
"Cyprus Airways" Larnaka-Tbilisi-Larnaka hava xətti üzrə müntəzəm reyslərə başlayır

Kipr Respublikasında təsis olunmuş “Cyprus Airways” aviaşirkəti Larnaka-Tbilisi-Larnaka hava xətti üzrə müntəzəm reyslərə başlayır.

Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi müraciətə əsasən, Larnaka və Tbilisi arasında uçuşlar cari ilin iyulun 2-dən həyata keçiriləcək. Uçuşlar hər bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi “Cyprus Airways”-ə qeyd olunan istiqamətdə fəaliyyətə iyunun 21-də icazə verdi.