Cuzepe Pazoto - Milad xristianlar üçün çox böyük bayramdır, mən hamını, xüsusən də katolikləri təbrik etmək istəyirəm
Cuzepe Pazoto - Milad xristianlar üçün çox böyük bayramdır, mən hamını, xüsusən də katolikləri təbrik etmək istəyirəm

 
Yepiskop Cuzepe Pazoto dekabrın 25-də bayramı qeyd edən vətəndaşları Məsihin doğum günü münasibətilə təbrik edir.

“Milad xristianlar üçün çox böyük bayramdır. Bu gün biz 25 dekabrı bir çox digər xristianlarla qeyd edirik. Əgər bu bayramın dərin mənasını anlamaq istəyiriksə, mələyin Məryəmə dediyi sözlərlə başlamalıyıq – Sevin, tanrının rəhməti üzərinə düşən!. Biz bu gün xoşbəxt olmalıyıq, çünki Milad orada başlayıb.

Bu, böyük bayramdır və biz bu sevinci qəlbimizdə saxlamalıyıq. Dünyada problemlər çoxdur, Fələstində müharibə gedir, amma deməliyəm – sevinin, çünki qurtuluş dünyaya daxil olub. Bütün xristianları, xüsusən də katolikləri və tezliklə eyni bayramı qeyd edəcək ortodoksları təbrik etmək istəyirəm”- Cuzepe Pazoto qeyd edir.

Gürcüstanda yaşayan katoliklər Milad bayramını qeyd edirlər.