Cüdo | Qiorqi Sardalaşvili Dünya Çempionatında bürünc medal qazandı #1TVSPORT

19:27, 04.10.2026

Azərbaycanın paytaxtı Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında yarışın ilk günündə Qiorqi Sardalişvili (60 kq) bürünc medal qazandı.

23 yaşlı gürcü idmançı üçüncü yer uğrunda qarşılaşmada Tayvan təmsilçisi Yunq Vey Yanqı məğlub edərək Gürcüstan yığmasına turnirdə ilk medalı qazandırıb.

Bu gün yarışda medallar kişilər arasında 60 kq, qadınlar arasında isə 48 kq çəki dərəcələrində oynanıldı.

Sabah, 5 oktyabrda dünya çempionatında gürcü idmançılardan Vaja Marqvelaşvili (66 kq) mübarizə aparacaq.

Oxşar