Cüdo | İlia Sulamanidze dünya çempionudur #1TVSPORT
İlia Sulamanidze (100 kq) Azərbaycanın paytaxtı Bakıda davam edən Cüdo üzrə Dünya Çempionatında qızıl medal qazandı. 25 yaşlı gürcü idmançı finalda yaponiyalı Dota Araini məğlub edərək karyerasında ilk dəfə dünya çempionatında ən yüksək əyarlı medala sahib olub.
Sulamanidze həmçinin Avropa çempionu və Paris Olimpiadasının gümüş medalçısıdır. Dünya çempionatında gürcü idmançı ikinci medalı qazandı – 2021-ci ildə o, bürünc medal qazanmışdı.

Hazırkı dünya çempionatında Gürcüstan millisinin hesabında dörd medal var – Tato Qriqalaşvili (81 kq) də dünya çempionu olub, Eter Liparteliani (57 kq) gümüş, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc medal qazanıb.