Brüsseldə səfərdə olan Gürcüstanın Müdafiə naziri Alyansın Hərbi Komitəsinin sədri ilə görüşdü. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.
Cuanşer Burchuladze Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də NATO-ya inteqrasiyasına verdiyi güclü dəstəyə görə, admiral Rob Bauerə təşəkkürünü bildirdi.
Görüşdə Cuanşer Burçuladzenin qeyd etdiyi kimi, Madrid Sammitində qəbul edilmiş “Gürcüstana uyğunlaşdırılmış yardım tədbirləri sənədinin” praktikada həyata keçirilməsi Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasına, müdafiə və təhlükəsizlik sahəsinin NATO standartlarına yaxınlaşmasına imkanlar yaradır.
İkitərəfli görüşdə söhbət mövzularından biri bölgədə təhlükəsizlik mühiti, Rusiyanın Ukraynaya hərbi təcavüzü və Gürcüstanın üzləşdiyi problemlər təşkil edirdi.
Müdafiə nazirinin bəyan etdiyinə görə, bölgədəki təhlükəsizlik vəziyyəti və çağırışlar fonunda beynəlxalq partnyorlarla sıx əməkdaşlıq çox əhəmiyyətlidir. Oktyabrın 12-13-də Belçika Krallığı NATO-ya üzv ölkələrin Müdafiə nazirlərinin toplantısına ev sahibliyi edir.
Müdafiə naziri Brüsselə səfəri çərçivəsində Ukraynanın Ramştayn formatında təmas qrupunun iclasında iştirak etdi və NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşdü.