Cuanşer Burçuladze Ermənistana rəsmi səfəri zamanı erməni həmkarı Suren Papikyanla görüşüb
Cuanşer Burçuladze Ermənistana rəsmi səfəri zamanı erməni həmkarı Suren Papikyanla görüşüb

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Ermənistan Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin məlumatına görə, Cuanşer Burçuladze erməni həmkarı Suren Papikyanla görüşüb.

Ermənistan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra müdafiə nazirlərinin təkbətək görüşü olub.

İki ölkənin müdafiə nazirləri bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçiriblər. Cuanşer Burçuladze qeyd edib ki, sülhsevər qonşuluq təşəbbüsü çərçivəsində Gürcüstan regionda sülh prosesinin təşviqinə davam etməyə hazırdır.

Tərəflər iki ölkə arasında müdafiə sahəsində mövcud və gələcək əməkdaşlığı müzakirə ediblər.

Görüşdən sonra Cuanşer Burçuladze və Suren Papikyan agentliklər arasında qarşılıqlı əməkdaşlıq planı imzalayıblar.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.