Cuanşer Burçuladze Böyük Britaniyanın səfiri, Mark Kleyton ilə görüşdü
Cuanşer Burçuladze Böyük Britaniyanın səfiri, Mark Kleyton ilə görüşdü

Gürcüstanın Müdafiə naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri, Mark Kleytonu qəbul etdi.

Tanışlıq xarakterli görüşdə Cuanşer Burçuladze Britaniya tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə görə, praktiki yardımlara görə təşəkkürünü bildirdi.

Nazir demokratik proseslərin gücləndirilməsi, müdafiə qüvvələrinin transformasiyası və NATO-ya inteqrasiya yolunda Böyük Britaniya ilə partnyorluğun əhəmiyyətini xüsusilə qeyd etdi. Burçuladze NATO-Gürcüstan SNGP zərfinin həyata keçkrilməsi prosesində Britaniyanın mühüm tövhəsinə xüsusi diqqət yetirdi.

Tərəflər əməkdaşlığın konkret aspektlərini müzakirə etdilər və ümidvar olduqlarını ifadə etdilər ki, iki ölkə arasında müdafiə sahəsində əlaqələr daha da möhkəmlənəcək. Söhbət hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarına və beynəlxalq hərbi təlimlərə aid oldu.

Müdafiə Nazirliyində keşirilən görüşdə söhbətin mövzularından biri yaxın aylarda Gürcüstanda Britaniya gəmisinin daxil olması məsələsi təşkil edirdi. Görüşdə Gürcüstan Müdafiə Nazirliyinin Britaniya məsləhətçisi, Kler Makian iştirak edirdi.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.