Cuanşer Burçuladze Acara bölgəsində həyata keçirilən infrastruktur layihələri ilə tanış oldu
Cuanşer Burçuladze Acara bölgəsində həyata keçirilən infrastruktur layihələri ilə tanış oldu

Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze Acaradakı hərbi bazalarda aparılan infrastruktur işləri ilə tanış olur, – Müdafiə Nazirliyinin məlumatına görə, nazir bu dəfə Kobuletidə, xüsusi təyinatlı qüvvələrin bazasına ziyarət etdi.

İdarədən verilən məlumata görə, nazir təmir və görülən işlər barədə ətraflı məlumat aldı.

“Müdafiə naziri bazanın ərazisində əsgərlər üçün yeni istifadəyə verilmiş yeməkxanaya, yeni təmir olunmuş kazarmalara, tikintisi başa çatmış kilsəyə də baş çəkdi. Gürcü hərbçilərinin NATO-ya üzv dövlətlərin standartlarına cavab verməsinə görə şərait yaratmaq üçün baş nazir, İrakli Ğaribaşvilinin Müdafiə naziri təyin edildiyi vaxtdan mövcud infrastrukturun tam yenilənməsi prioritet məsələlərdən biridir. Bu proses fəal şəkildə davam edir və hərbi bazalarda yüzlərlə obyekt tikildi, təmir edildi, səliqə-sahmana salındı”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.