Gürcüstanda səfərdə olan ABŞ dövlət katibinin müşaviri Derek Şole bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze qəbul edib.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə nazir ABŞ və Gürcüstan arasında 30 illik uğurlu əməkdaşlığı vurğulayaraq, nümunəvi tərəfdaşlığa görə ABŞ hökumətinə və Amerika xalqına təşəkkür edib.
“Tərəflər dünyada və regionda təhlükəsizlik problemlərini müzakirə ediblər. Qeyd olunub ki, Rusiyanın Ukraynaya müdaxiləsi Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini kəskin şəkildə pisləşdirib ki, bu da Avro-Atlantik təhlükəsizlik arxitekturasına təhlükə yaradır. Görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək bir daha vurğulanıb.
Söhbət zamanı ABŞ-Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın gücləndirilməsinin vacibliyi, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara üzv olmaq üçün sarsılmaz istəkləri müzakirə edilib. Görüşdə Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı islahatlar və gələcək planlar müzakirə olunub. Qeyd olunub ki, Strateji Tərəfdaşlığın yeni mərhələsi və növbəti on illik dinamik əməkdaşlığın əsası ABŞ-Gürcüstan arasında yeni Müdafiə və Saxlanma Təşəbbüsü olacaq və bu, ölkənin ümumi müdafiə çərçivəsində dayanıqlılığını daha da gücləndirəcək. Görüşdə müdafiə nazirinin birinci müavini Lela Çikovani, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın hərbi attaşesi, polkovnik Stefani Beqli, ABŞ-ın müdafiə naziri Ceyson Hem və USAİD-in nümayəndəsi Mark Simakovski iştirak ediblər.