Cuanşer Burchuladze Ukraynanın Təmas Qrupunun iclasında iştirak edib
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Ramştayn formatında Ukraynanın Təmas Qrupunun iclasında iştirak edib.
Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Brüsseldə, NATO-nun mənzil-qərargahında görüş keçirildiyi deyilir.
Nazirlikdən verilən məlumatda görüşdə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış vəziyyətin və ölkənin ehtiyaclarının, ABŞ-ın müttəfiq və tərəfdaşlarının üzləşdiyi təhlükəsizlik çağırışlarının müzakirə olunacağı deyilir.
Görüşdə 50-dən çox həmfikir ölkənin müdafiə nazirləri və yüksək rütbəli hərbçiləri iştirak edir.
Brüsselə səfəri çərçivəsində Müdafiə Nazirliyinin rəhbəri artıq NATO-nun baş katibi Yens Stoltenberq ilə görüş keçirib. Daha sonra Cuanşer Burchuladze NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerlə də görüşəcək və NATO ilə Gürcüstan arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.