Cuanşer Burchuladze Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib
Cuanşer Burchuladze Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib

 
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib.

Təmas Qrupunun 14-cü görüşünə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ev sahibliyi edib.

Gürcüstanın Müdafiə Nazirliyi görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell və Avstraliyanın vitse-baş naziri Riçard Marlsın çıxış etdiyinə dair məlumat yayır.

Nazirlikdən verilmiş məlumatda Ukraynaya dəstək verən beynəlxalq qrupun üzvlərinin Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış vəziyyəti və hazırkı müharibədə Ukraynaya koordinasiyalı hərbi yardımın göstərilməsinin zəruriliyini müzakirə etdikləri deyilir. Dəstək göstərən ölkələrin müdafiə nazirləri və müdafiə qüvvələrinin komandanları Ukraynanın qısa və uzunmüddətli ehtiyaclarını müzakirə ediblər.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun əsası Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə 2022-ci ilin aprelində qoyulub və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir.