Cuanşer Burchuladze Türkiyədə keçirilən "Qış 2023" beynəlxalq təlimində iştirak edib
Cuanşer Burchuladze Türkiyədə keçirilən "Qış 2023" beynəlxalq təlimində iştirak edib

 

Gürcüstanın müdafiə naziri Türkiyə Respublikasında səfərdədir.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında Cuanşer Burchuladzenin “Qış 2023” çoxmillətli təliminin fəxri qonaqları günündə iştirak etdiyi deyilir.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar fəxri qonaqları Qarsda qəbul edib. Müdafiə naziri Cuanşer Burchuladze təlim iştirakçıları qarşısında çıxış edib. O, beynəlxalq əməkdaşlığın, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Fəxri qonaqlar günündə müdafiə naziri ilə yanaşı, Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidze və Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, polkovnik Teimuraz Ğlateişvili iştirak ediblər. Türkiyə Qars vilayətində genişmiqyaslı qış hərbi təliminə ev sahibliyi edir. Beynəlxalq təlimlərdə Gürcüstan, Azərbaycan, Almaniya, Böyük Britaniya, İtaliya və s. daxil olmaqla 17 ölkə iştirak edir. Təlim qış şəraitində döyüş bacarıqlarını gücləndirmək məqsədi daşıyır.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.