Cuanşer Burchuladze - totalitar, sadist rejimi uzaqlaşdırdığımıza görə cəzalandırılırıqsa, bu, Gürcüstan xalqına qarşı verilmiş qərar olacaq
Cuanşer Burchuladze - totalitar, sadist rejimi uzaqlaşdırdığımıza görə cəzalandırılırıqsa, bu, Gürcüstan xalqına qarşı verilmiş qərar olacaq

 

Avropa İttifaqında hər kəsdən Gürcüstan xalqının iradəsinə zidd qərarlar qəbul etməmələrini xahiş edirəm – bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Avropa Parlamentinin hesabatından danışarkən bildirib.

Burchuladze Bidzina İvanişvilinin oliqarx olması və Saakaşvilinin, Qvaramianın azad edilməsinin gürcü xalqının iradəsinə zidd narativ olduğunu bildirib.

“Bidzina İvanişvilinin oliqarx olması, Saakaşvili və Qvaramianın azadlığa buraxılması Gürcüstan vətəndaşlarının əksəriyyətinin iradəsinə zidd narativdir. Belə ola bilməz. Şəxsən mən deyirəm və mənimlə çoxlu həmfikir olan insanlar da var, əgər totalitar, sadist rejimi uzaqlaşdırdığımıza görə cəzalandırılırıqsa, bu, Gürcüstan xalqına qarşı verilmiş qərar olacaq”- deyə Burchuladze açıqlayıb.