Cuanşer Burchuladze "Şuman Təhlükəsizlik və Müdafiə Forumu"nda iştirak edib
Cuanşer Burchuladze "Şuman Təhlükəsizlik və Müdafiə Forumu"nda iştirak edib

 
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze “Şuman Təhlükəsizlik və Müdafiə Forumu”nda iştirak edib.

Brüsseldə keçirilən beynəlxalq konfransa Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell ev sahibliyi edib.

Müdafiə naziri Avropa İttifaqına üzv və tərəfdaş olan 45 ölkənin müdafiə nazirləri ilə birlikdə Avropa və Avro-Atlantik inteqrasiya məsələlərini və ümumiyyətlə müdafiə və təhlükəsizlik baxımından strateji çağırışları müzakirə edib.

“Şuman Təhlükəsizlik və Müdafiə Forumu” ilk dəfə Avropa İttifaqının “Strateji Kompas”ı çərçivəsində keçirilib və təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə yönəlib. Tədbirdə siyasətçilər, qərar qəbul edən şəxslər, hərbi nümayəndələr, vətəndaş cəmiyyəti üzvləri və rəy liderləri də iştirak ediblər.

“Şuman Forumu” iştirakçıların inkişaf edən geosiyasi konteksti kollektiv şəkildə qiymətləndirmək, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün iki ildə bir dəfə keçirilir .

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.