Cuanşer Burchuladze - on illər boyunca xaricdə olan mütəxəssislər aviasiyaya qayıdıblar, sanki ölkədən axın var imiş kimi mənzərə yaratmayın
On illər boyunca xaricdə olan mütəxəssislər aviasiyaya qayıdıblar, qoşulublar, sanki ölkədən axın var imiş kimi mənzərə yaratmayın -bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze jurnalistin sualını cavablandırarkən bildirib.
Nazir maksimal şəkildə sosial şəraitin yaxşılaşdırılmasının qayğısına qalındığını və bu prosesin dönməz olduğunu bildirib.
“On illər boyunca xaricdə olan mütəxəssislər aviasiyaya qayıdıblar, qoşulublar. Biz hamını bu prosesə cəlb etmişik.Sanki ölkədən axın var imiş kimi mənzərə yaratmayın. Biz sosial şəraitin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik və bu proses dönməz və davamlıdır. Dedim ki, getmədilər, əksinə qayıtdılar və siz niyə getdiklərini soruşursunuz. Hərbi xidmətçilər aviasiyaya qayıdıb və siz suala cavab olaraq onların niyə getdiklərini soruşursunuz” – deyə Cuanşer Burchuladze bildirib.
Eyni zamanda, jurnalistin sualına cavab olaraq nazir hərbi qulluqçuların yüksək keyfiyyətli hərbi ayaqqabılarla təchiz edildiyini qeyd edib.
“2019-cu ilə qədər hərbçinin bir dənə də olsun keyfiyyətli ayaqqabısı, daha doğrusu, olduqca yüksək keyfiyyətli ayaqqabısı yox idi. Bu gün hər bir hərbi qulluqçunun üç yüksək keyfiyyətli ayaqqabısı var”-deyə o bildirib.