Cuanşer Burchuladze - Mixeil Saakaşvilinin çarter reyslərinin maliyyələşdirilməsi ilə əlaqədar Müdafiə Nazirliyində müvafiq komissiyanın iclası keçirilib və sənədlərin ictimailəşdirilməsi barədə qərar qəbul edilib
Cuanşer Burchuladze - Mixeil Saakaşvilinin çarter reyslərinin maliyyələşdirilməsi ilə əlaqədar Müdafiə Nazirliyində müvafiq komissiyanın iclası keçirilib və sənədlərin ictimailəşdirilməsi barədə qərar qəbul edilib

 
Sabiq prezidentin çarter reyslərinin maliyyələşdirilməsi ilə bağlı bu gün Müdafiə Nazirliyində müvafiq komissiyanın iclası keçirilib. Sənədlərin ictimailəşdirilməsi barədə qərar qəbul edilib- bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze bildirib.

O, müvafiq bölmənin paralel olaraq tədqiqat işləri apardığını deyib.

“Bir daha aydın şəkildə təkrar edirəm ki, prezidentin çarterləri Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilib, tam məxfi status verilib, müşayiət edən şəxslərin kimliyi, uçuşların hansı yerlərdə həyata keçirildiyi və s.– bütün bunlar kompleks şəkildə böyük şübhə yaradır. Müvafiq bölmə paralel olaraq tədqiqat işləri aparır və prokurorluqla birlikdə işin necə davam edəcəyi ilə bağlı qərar veriləcək. İctimaiyyətin yüksək marağına görə, bütün təfərrüatlar tədricən ictimailəşdiriləcək, hansı vəsaitlər xərclənib, nəyə xərclənib və dövlət vəsaitlərini şəxsi və ya digər məqsədlər üçün kimlərin xərclədiyi barədə ictimaiyyətə məlum olacaq”-deyə Cuanşer Burchuladze bildirib.