Cuanşer Burchuladze - dünən mövcud olan risklər artıq aradan qaldırılıb, yaşayış məntəqələri istiqamətində yayıla biləcək yanğın ocaqları lokallaşdırılıb
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze , Borcomi Munisipalitetində yanğının söndürülməsi üçün bütün lazımi vasitələrin, eləcə də canlı qüvvənin səfərbər edildiyini bildirib.
Nazir risklərin azaldıldığını və yaşayış məntəqələri istiqamətində yayıla biləcək yanğın ocaqlarının lokallaşdırıldığını bildirib.
“Dünən Gürcüstanın baş nazirinin tapşırığı ilə gələcək riskləri qiymətləndirmək, ordunun qeyd olunan tədbirə cəlb edilməsinin zəruri olub-olmaması barədə qərar qəbul etmək üçün təbii fəlakət bölgəsinə getdim. Elə dünən baş nazir Gürcüstanın Müdafiə Qüvvələrinin sözügedən tədbirə qoşulması ilə bağlı fərman verdi . Biz hazırkı mərhələdə texnikanı, burada lazım ola biləcək bütün vasitələri, eləcə də canlı qüvvəni səfərbər etmişik. Fikrimizcə artıq risklər azalıb və dünənki risklər aradan qaldırılıb. Yaşayış məntəqələri istiqamətində yayıla bilən ocaqlar lokallaşdırılıb.
Sözügedən tədbirə ayın 19-da Daxili İşlər Nazirliyinin müvafiq bölmələri cəlb olundu və ordunun cəlb edilməsi zərurəti yarandıqdan sonra qərar qəbul etdik. Müvafiq səlahiyyətli şəxslər və qurumlar riski qiymətləndirir və müvafiq olaraq həmin mərhələdə hansı texnikaların prosesə qoşulmasına dair qərar qəbul edirlər. Helikopterin ayın 19-da cəlb edilməsi bu ocaqları azalda bilməzdi”-deyə Borcomidə fəlakət zonasında olan Cuanşer Burchuladze bildirib.