Cuanşer Burchuladze Çexiya Respublikasının səfiri ilə görüşüb
Cuanşer Burchuladze Çexiya Respublikasının səfiri ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Çexiya Respublikasının Gürcüstandakı səfiri Peter Mikiska ilə görüşüb.

Müdafiə naziri, Çex diplomatına Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, habelə ölkənin Avroatlantik səylərini dəstəklədiyinə görə təşəkkür edib.

Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə edilib. Nazir Çex Respublikasının NATO-Gürcüstan Əsas Paketinin (SNGP) həyata keçirilməsindəki əhəmiyyətli töhvəsindən bəhs edib. O həmçinin,  Çex müşahidəçilərinin Avropa Birliyi Monitorinq Missiyasındakı (EUMM) iştirakını da yüksək qiymətləndirib.

Cuanşer Burchuladze, Gürcüstanın transformasiyasının bölgənin təhlükəsizliyi üçün vacib olduğunu qeyd edib, bu prosesdə, Çexiya da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyinin vacib olduğunu vurğulayıb. Tərəflər yaralı hərbçilərə sosial və psixoloji dəstək baxımından Çexiya Respublikası ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bununla əlaqədar olaraq gələcəkdə Gürcüstan və Çexiya Respublikasının Müdafiə Nazirlikləri arasında hərbi qulluqçulara və ailələrinə dəstək məqsədilə memorandum imzalanacaq. Söhbət hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərindən də düşüb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.