Cuanşer Burchuladze - bu gün qəhrəmanlarımızın xatirəsini yad edirik, söz veririk onların ailələrinin qayğısına qalmağa davam edəcəyik
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Muxatqvedi qardaşları qəbiristanlığında avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib. Onun sözlərinə görə, hakimiyyət onların ailələrinin qayğısına qalmağa davam edəcək.
“İlk növbədə, bu gün qəhrəmanlarımızın xatirəsini yad edirik və bizim hakimiyyət söz verir ki, onların ailələrinin qayğısına qalmağa davam edəcəyik.14 ildən sonra yəqin ki, bu gün sivil dünya 2008-ci ildə daha prinsipial mövqe tutmalı olduğunu daha yaxşı başa düşdü. Bu prinsipial mövqe, fikrimcə, bu gün də ifadə oluna bilər və Gürcüstanın sivil dünya istiqamətində istər kollektiv təhlükəsizlik, istər Avropa İttifaqı, istərsə də digər təşkilatlar olsun inteqrasiyasını sürətləndirə bilər” -deyə Cuanşer Burchuladze bildirib.
2008-ci ilin avqust müharibəsi 400-dən çox insanın həyatını itirməsi ilə nəticələndi. Müharibədə 2232 nəfər xəsarət aldı, onlardan 1045 nəfəri hərbi qulluqçu idi.