Cuanşer Burchuladze - baş nazirin təhlükəsizlik forumunda çıxışı seçilən idi, o, namizəd statusunun alınması prosesində cəmiyyətin birliyinə diqqət çəkdi
Baş nazirin Bratislava Təhlükəsizlik Konfransında çıxışı bütün natiqlər arasında seçilən idi-bu barədə müdafiə naziri Cuanşer Burchuladze açıqlayıb.
O, baş nazirin çıxışından mühüm məsələlərdən birinin cəmiyyətin namizəd statusunun alınması prosesində birlik içərisində olması gərəkdiyi ilə bağlı olduğunu deyib.
“Baş nazirin Bratislava Təhlükəsizlik Konfransında çıxışı bütün natiqlər arasında seçilən idi. Onun diqqət yetirdiyi mühüm məsələlərdən biri də odur ki, namizəd statusunun alınması prosesində cəmiyyət birlik içərisində olmalıdır və düşüncələrimiz parçalanmış olmamalıdır” -deyə Cuanşer Burchuladze açıqlayıb.