Cuanşer Burchuladze ABŞ dövlət katibinin müavini Boni Cenkins ilə görüşüb
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini, səfir Boni Cenkinsi qəbul edib.
Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, Cuanşer Burchuladzenin Amerika tərəfinə otuz illik dəstəyə, müdafiə qüvvələrinin inkişafına verdiyi töhfəyə görə təşəkkür etdiyi, ümumi dəyərlərin qorunması və ümumi təhlükəsizlik maraqlarının gücləndirilməsi üçün iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğuladığı deyilir.
“Görüşdə Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının artırılması məqsədilə Müdafiə Qüvvələrində aparılan islahatlar, silahlanma və texnikanın yenilənməsi istiqamətində atılan addımlar, gələcək planlar müzakirə edilib. Gürcüstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və dinamik əməkdaşlığın gücləndirilməsi prosesində, tərəflər ABŞ-Gürcüstan, strateji tərəfdaşların müdafiə qurumları arasında ötən il ABŞ-ın müdafiə katibinin rəsmi səfəri çərçivəsində imzalanan və ümumi təhlükəsizlik maraqlarını dəstəkləmək üçün Gürcüstanın Müdafiə Nazirliyinin və Müdafiə Qüvvələrinin daha da modernləşdirilməsinə və inkişafına kömək edəcək yeni təşəbbüsə “Gürcüstanın Müdafiə və Çəkindirmə Gücünün Gücləndirilməsi Təşəbbüsü”nə (GDDEI) diqqət yetiriblər” – bu barədə nazirliyin məlumatında qeyd olunur.
ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini, səfir Boni Cenkins Gürcüstanda üç günlük işgüzar səfərdədir və hökumət rəsmiləri və siyasi liderlərlə ikitərəfli görüşlər keçirir.