Cozi "MasterChef"in doqquzuncu mövsümünün qalibi oldu
Cozi "MasterChef"in doqquzuncu mövsümünün qalibi oldu

 

Gürcüstanın Birinci Kanalının “MasterChef” kulinariya meqa-şousunun doqquzuncu mövsümünün qalibinin kimliyi bəlli oldu. Cozi ölkənin ən yaxşı aşpazı titulunu qazandı.

Qalibin kimliyi bugünkü final şousunda bəlli oldu.

Həmçinin, Ekaterine Beridze və Vaja Tsulukidze də “MasterChef” titulu uğrunda mübarizə aparırdılar.

Gürcü tele-məkanında yeganə lisenziyalı beynəlxalq kulinariya meqa-şousu olan “MasterChef”in doqquzuncu mövsümü martın 5-də Gürcüstanın Birinci Kanalında başlayıb.