Cozef Borrellin yaxın günlərdə Gürcüstana səfəri planlaşdırılır
Cozef Borrellin yaxın günlərdə Gürcüstana səfəri planlaşdırılır

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin yaxın günlərdə Gürcüstana səfərinin planlaşdırıldığını bildirib.

O, Gürcüstan hökumətinin tövsiyələrin həyata keçirilməsi üçün əlindən gələnin maksimumunu etdiyini deyib.

“Biz 12 tövsiyənin hamısını həyata keçirmişik və həyata keçiririk. Əlimizdən gələnin maksimumunu edirik. Avropalı həmkarlarımızla daimi ünsiyyətdəyik. Bir neçə günə cənab Borrelli gözləyirik, ona 12 tövsiyənin icrası prosesində hansı mərhələdə olduğumuza dair yenilənmiş məlumatları bir daha təqdim edəcəyik” – deyə İrakli Ğaribaşvili bildirib.