Cozef Borrell - "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsinin geri çəkilməsi ilə əlaqədar bəyanat yaxşı əlamətdir, indi biz prosessual addımlara diqqəti cəmləşdirməliyik
Cozef Borrell - "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsinin geri çəkilməsi ilə əlaqədar bəyanat yaxşı əlamətdir, indi biz prosessual addımlara diqqəti cəmləşdirməliyik

 

“Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi ilə əlaqədar bəyanat yaxşı əlamətdir -bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell sosial şəbəkədə yazır.

“Gürcüstan demokratiya və Avropa dəyərlərinə öz arzusunu küçədə ifadə etdi. Bu dinc etiraz güclü və izləmək üçün emosional idi. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi ilə əlaqədar bəyanat yaxşı əlamətdir. İndi diqqətimizi əməl edilməli olan prosessual addımlara cəmləməliyik”-deyə Cozef Borell “Twitter”də yazır.