Cozef Borrell - Ukraynaya hava hücumları nəticəsində onlarla insan həlak oldu və yaralandı, Kiyevin ən böyük uşaq xəstəxanası məhv edildi, Ukraynanın indi hava hücumundan müdafiəsinə ehtiyacı var
Cozef Borrell - Ukraynaya hava hücumları nəticəsində onlarla insan həlak oldu və yaralandı, Kiyevin ən böyük uşaq xəstəxanası məhv edildi, Ukraynanın indi hava hücumundan müdafiəsinə ehtiyacı var

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Cozef Borrell Rusiyanın Ukraynaya raket hücumlarına münasibət bildirib.

Borrellin söylədiyinə görə, “Rusiya Ukraynanın mülki əhalisini amansızcasına hədəfə almağa davam edir”.

“Bugünkü hava hücumları nəticəsində onlarla insan həlak oldu və yaralandı, Kiyevdəki ən böyük uşaq xəstəxanası “Oxmatdet” məhv edildi. Ukraynanın indi hava hücumundan müdafiəsinə ehtiyacı var. “Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyət daşıyan bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – Borrell yazır.

Son göstəricilərə əsasən, Rusiyanın Kiyevə raket zərbəsi endirməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib, 66 nəfər yaralanıb. Kiyevin meri Vitali Kliçkonun məlumatına görə, “Oxmatdet” uşaq xəstəxanasının bombalanması zamanı iki nəfər həlak oldu. Ölənlərdən biri həkimdir. Raket hücumu nəticəsində uşaq xəstəxanasının binasının bir hissəsi uçub. Bu gün Rusiya ordusu Krivoy Roq şəhərini də raketlərlə bombalayıb, 10 nəfər həlak oldu, 41 nəfər isə yaralandı. Həlak olanlar arasında 6 kişi və 4 qadın var. Slavyansk və Kramatorskda Rusiya ordusunun hədəfinə çevrildi.

Ümumilikdə bu gün Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 28 nəfər həlak oldu. Rusiya 38 hipersəs və strateji raketlə Ukrayna şəhərlərinə hücum həyata keçirdi. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 30 raket zərərsizləşdirdi.