Cozef Borrell - Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalayan ilk ölkədir, bu da ölkənin sabitliyini artıracaq
Cozef Borrell - Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalayan ilk ölkədir, bu da ölkənin sabitliyini artıracaq

 
Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı haqqında saziş imzalayıb.

Bu haqda Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell sosial şəbəkədə yazır.

“Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalayan ilk ölkədir. Bu tərəfdaşlıq ölkənin sabitliyini artıracaq, bizə ümumi təhlükəsizlik çağırışlarını birgə həll etməyə, iştirakımızı daha effektiv etməyə və əməkdaşlığın yeni sahələrini inkişaf etdirməyə imkan verəcək”- Cozef Borrell yazır.