Cozef Borrell - Lazımi vəsaiti olan avropalılar ABŞ-ın dəstəyinin azala biləcəyi ehtimalını nəzərə alaraq Ukraynaya yardımı davam etdirməyə siyasi cəhətdən hazır olmalıdırlar
Cozef Borrell - Lazımi vəsaiti olan avropalılar ABŞ-ın dəstəyinin azala biləcəyi ehtimalını nəzərə alaraq Ukraynaya yardımı davam etdirməyə siyasi cəhətdən hazır olmalıdırlar

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyir ki, ABŞ-ın Ukraynaya yardımı güman ki, azalacaq, ona görə də Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləməyə davam etməyə siyasi cəhətdən hazır olmalıdırlar.

Borrell bu barədə Avropa Sosialistlər Partiyasının Malaqada keçirilən Konqresində onlayn çıxışı zamanı bildirib.

“Biz bir çox problemlərlə üzləşmişik. Avropa İttifaqı sınaq qarşısındadır. Bu, ilk növbədə, Rusiya üzərində qələbə perspektivinin yaxın olmadığı Ukraynaya aiddir və bunun üçün lazımi vəsaiti olan avropalılar ABŞ-ın dəstəyinin azalma ehtimalını nəzərə alaraq, Ukraynaya yardımı davam etdirməyə siyasi cəhətdən hazır olmalıdırlar”, – Borrell bildirib.