Cozef Borrell - xarici işlər nazirləri şurasının iclasında biz Gürcüstan haqqında danışmağı planlaşdırırıq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik
Cozef Borrell - xarici işlər nazirləri şurasının iclasında biz Gürcüstan haqqında danışmağı planlaşdırırıq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik

 

Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri şurasının iclasında biz Gürcüstan haqqında danışmağı planlaşdırırıq, görüşümüz olacaq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik – bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell görüş başlamazdan əvvəl açıqlayıb.

Borrell bu gün Gürcüstan məsələsinin müzakirəsi üçün mühüm gün olduğunu bildirib.

“Gürcüstan haqqında danışmağı planlaşdırırıq. Görüşümüz olacaq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik. Gürcüstan bizim üçün olduqca vacib ölkədir. Ərazisi qismən Rusiya tərəfindən işğal olunduğu üçün onun özünə xas təhlükəsizlik problemləri olduğunu yadda saxlamalıyıq. Belə ki, Gürcüstan məsələsinin müzakirəsi üçün vacib gündür”-deyə Cozef Borrell açıqlayıb.