Cozef Borrell - Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edirlər, biz Ukrayna kimi onları dəstəkləməyə hazır olacağıq, xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur
Cozef Borrell - Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edirlər, biz Ukrayna kimi onları dəstəkləməyə hazır olacağıq, xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur

 

Xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur – Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bu bəyanatı Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü başlamazdan əvvəl verib.

Borrell qeyd edib ki, Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edirlər.

“Gürcüstana mesajımız həmişə olduğu kimi eynidir – biz Gürcüstana çətinliklərin öhdəsindən gəlmək üçün bacardığımız qədər kömək edəcəyik. Bilirik ki, Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edirlər və biz Ukrayna halında olduğu kimi onlara dəstək verməyə hazır olacağıq. Xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur. Ukraynanın müdafiə naziri və NATO-nun baş katibi də həmçinin görüşdədirlər və Ukraynada davam edən müharibəni müzakirə edəcəyik. Ukraynalılar Rusiyaya qəti müqavimət göstərirlər. Müharibənin hazırkı nəticələri Rusiyanın gözləntilərinə uyğun deyil. Rusiya ordusu ukraynalılar tərəfindən dayandırılır və biz ukraynalıları silahla dəstəkləməyə davam etməliyik. Məhz buna görə Müdafiə Fondundan əlavə 500 milyon avroluq yardımı təsdiq edəcəyik” -deyə Borrell bildirib.