Cozef Borrell - Gürcüstan Prezidenti ilə yaxşı görüşüm oldu, Gürcüstan-Aİ yolu və regional təhlükəsizlik vəziyyəti haqqında danışdıq
Gürcüstan Prezidenti Salome Zurabişvili ilə yaxşı görüşüm oldu, Gürcüstan-Aİ yolu və regional təhlükəsizlik vəziyyəti haqqında danışdıq -bu barədə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell “Twitter” sosial şəbəkəsində yazır.
O, Gürcüstanın Avropa İttifaqının güclü tərəfdaşı olduğunu bildirib.
“Gürcüstan Prezidenti Salome Zurabişvili ilə yaxşı görüşüm oldu, Gürcüstan-Aİ yolu və regional təhlükəsizlik vəziyyəti haqqında danışdıq. Gürcüstan bizim güclü tərəfdaşımızdır. Gürcüstanın Avropa gələcəyinə doğru irəliləyiş üçün birlikdə işləyən güclü təsisatları dəstəkləyirik”- Cozef Borrell yazır.