Cozef Borrell bildirir ki, girovları azad etmək üçün Həmas liderinin öldürülməsindən istifadə edilməlidir
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel bildirib ki, HƏMAS lideri Yəhya Sinvarın İsrail hərbçiləri tərəfindən öldürülməsi Yaxın Şərqdə atəşkəs şansını artıra bilər.
Borel bunu Neapolda “Böyük Yeddilik”in müdafiə nazirləri görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, Yəhya Sinvarın öldürülməsindən sonra atəşkəsə nail olmaq və qalan girovların azad edilməsi üçün istifadə edilməli olan “yeni perspektiv açılıb” deyib.