Cozef Borrell – Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstanın xarici təsirlərin şəffaflığı qanununa görə narahat olduqlarını bildirirlər
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin bəyanatına görə, Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Gürcüstandakı mövcud vəziyyət müzakirə edilib.
Borrellin sözlərinə görə, “xarici işlər nazirləri Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanununa görə narahat olduqlarını bildiriblər”.
“Bu qanun parlamentə təqdim olunmuşdu və hökumətin bu qanun layihəsini geri götürmək və bir daha təqdim etməmək öhdəliyi var idi. Bu yerinə yetirilmədi. Avropa komissarı Varhei və mən keçən həftə bəyanat yayaraq, bu qanunun Avropa İttifaqı dəyərlərinə uyğun olmadığını vurğuladıq. Avropa Komissiyası bu hadisə ilə bağlı illik hesabat təqdim etməlidir, hərçənd, biz bu qanunun yenidən parlamentə təqdim olunmasından çox narahatıq”, – deyə Cozef Borrell görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.