Cozef Borrell - Avropa İttifaqına üzv ölkələrin və ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İsrail Rafaha yenidən hücuma keçib və bu, mülki əhali arasında böyük itkiyə səbəb olacaq
Cozef Borrell - Avropa İttifaqına üzv ölkələrin və ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İsrail Rafaha yenidən hücuma keçib və bu, mülki əhali arasında böyük itkiyə səbəb olacaq

 
Avropa İttifaqına üzv ölkələrin və ABŞ-ın açıq-aydın xəbərdarlıqlarına baxmayaraq, İsrail Rafaha yenidən hücuma keçib və bu, mülki əhali arasında böyük itkiyə səbəb olacaq-bu haqda Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bildirib.

“Beynəlxalq ictimaiyyətin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin tələblərinə baxmayaraq, Rafaha hücum yenidən başlayıb. Hamı Netanyahudan hücum etməməyi xahiş edir. Qorxuram ki, bu, yenidən böyük itkilərlə, mülki əhali arasında itkilərlə nəticələnəcək. Qəzzada təhlükəsiz zonalar yoxdur” – deyə Cozef Borrell bildirib.

Keçən gecə İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunun cənubundakı Rafah şəhərinə zərbə endirib. Hücum nəticəsində 15 nəfər həlak olub.