Cozef Borrell - Avropa İttifaqı İranın Prezidentinin, xarici işlər nazirinin və digər iranlı rəsmi şəxslərin həlak olması ilə əlaqədar məyusluğunu ifadə edir
Cozef Borrell - Avropa İttifaqı İranın Prezidentinin, xarici işlər nazirinin və digər iranlı rəsmi şəxslərin həlak olması ilə əlaqədar məyusluğunu ifadə edir

 
Avropa İttifaqı bütün həlak olanların ailələrinə və İran vətəndaşlarına başsağlığı verir-bu haqda Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrellin bəyanatında deyilir.

“Avropa İttifaqı helikopterin faciəvi şəkildə qəzaya düşməsində iştirak edən İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər iranlı rəsmi şəxslərin həlak olması ilə əlaqədar məyusluğunu ifadə edir. Avropa İttifaqı bütün həlak olanların ailələrinə və İran vətəndaşlarına başsağlığı verir” – Borrell yazır.

İran mediası prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olmasını təsdiqləyib.