Cozef Borrell - Aİ Şurası Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiyası istiqamətində hazırlıqlara başlamağımız üçün bu həftə siqnal göndərməlidir
Cozef Borrell - Aİ Şurası Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiyası istiqamətində hazırlıqlara başlamağımız üçün bu həftə siqnal göndərməlidir

 
Aİ Şurası Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiyası istiqamətində hazırlıqlara başlamağımız üçün bu həftə siqnal göndərməlidir-bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bildirib.

“Aİ Şurasının Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiyası istiqamətində hazırlıqlara başlamağımız üçün ən gec bu həftə siqnal göndərməli olduğunu bilirsiniz. Bu güclü siqnaldır. Bu, təkcə Ukrayna, Moldova və Gürcüstanda deyil, həm də gücümüzün, birliyimizin və bu üç ölkəyə dəstəyimizin təzahürü olaraq sərhədlərimizdən kənarda əks-sədası eşidilməli olan mesajdır” – deyə Borrell bildirib.