Cozef Borrell – ABŞ Nümayəndələr Palatasında bugünkü səsverməni alqışlayıram, Ukrayna Rusiyanın təcavüzünə qarşı transatlantik dəstək alacaq
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Cozef Borrell sosial şəbəkədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım paketini dəstəkləməsinə münasibət bildirir.
“Mən ABŞ Konqresinin Nümayəndələr Palatasının bugünkü səsverməsini alqışlayıram. Ukrayna Rusiyanın təcavüzünə qarşı transatlantik dəstəyə sahib olacaq”, – deyə Cozef Borrell yazır.
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,8 milyard dollar məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.
Senatın gələn həftə qanun layihəsini nəzərdən keçirəcəyi, bundan sonra onun imzalanması üçün ABŞ prezidentinə göndəriləcəyi gözlənilir.