Cozef Borrelin tələbi ilə çərşənbə axşamı Avropa İttifaqının xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək
Cozef Borrelin tələbi ilə çərşənbə axşamı Avropa İttifaqının xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell Avropa İttifaqının xarici işlər nazirlərinin növbədənkənar iclasını tələb edib.

Borrelin sözlərinə görə, görüş çərşənbə axşamı keçiriləcək və burada liderlər İranın İsrailə qarşı həyata keçirdiyi hücumu müzakirə edəcəklər.

“Məqsədimiz gərginliyin azaldılmasını və bölgənin təhlükəsizliyini təşviq etməkdir”, – deyə Borell Twitter-də yazır.