Cozef Borrel - sammitin ilk günündə Ukrayna, Gürcüstan və Moldovaya namizəd statusunun verilməsi məsələsi barədə müzakirə oldu, lakin gəlin Avropa Komissiyasının öz işini görməsini gözləyək
Cozef Borrel - sammitin ilk günündə Ukrayna, Gürcüstan və Moldovaya namizəd statusunun verilməsi məsələsi barədə müzakirə oldu, lakin gəlin Avropa Komissiyasının öz işini görməsini gözləyək

 

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Brüsseldə sammitin ilk günündə Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsi məsələsinin müzakirə edildiyini təsdiq edir.

Borrell Gürcüstanın Birinci Kanalının sammitin ilk günündə Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsi məsələsinin müzakirə olunub-olunmaması sualını cavablandırıb.

“Bəli, müzakirə oldu, lakin gəlin Avropa Komissiyasının öz işini görməsini gözləyək”, -deyə Borrell bildirib.

Sammitin nəticəsini nə vaxt görəcəyimiz sualına Borrell belə cavab verib: “Nəticəni yəqin ki, iyun ayında görəcəyik”.

Avropa Şurasının dünənki iclasından sonra şuranın saytında yekun bəyanat dərc edilib. Bəyanatda qeyd olunub ki, “Avropa Şurası iyun iclasında Gürcüstan, Ukrayna və Moldovanın müraciətləri məsələsinə qayıdacaq”.