Cozef Borelli Kiyevə gedib

11:51, 09.11.2024

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Cozef Borrell Kiyevə gedib. Bu barədə o, X sosial şəbəkəsində yazır.

Borelin qeyd etdiyi kimi, bu, Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan bəri onun Ukraynaya beşinci səfəridir və bu, onun Avropa İttifaqının ali nümayəndəsi kimi sonuncu səfəri olacaq.

“Aİ-nin Ukraynaya dəstəyi mənim mandatım boyu şəxsi prioritetim olub və Aİ gündəminin başında qalacaq”. – Cozef Borel yazır.

Oxşar