Cozef Borelli Beyruta səfər edib

18:35, 24.11.2024

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelli Beyruta səfər edib. Onun sözlərinə görə, həm İsrail hökumətinə, həm də Hizbullaha təzyiq etmək lazımdır ki, tərəflər atəşkəslə bağlı razılığa gəlsinlər.

“Faciədir ki, bu müharibəni bitirə bilmədik, amma bu baş verməlidir. “Biz İsrail hökumətinə təzyiq göstərməli və ABŞ-ın atəşkəs təklifini qəbul etməsi üçün Hizbullaha təzyiq göstərməliyik”. – Borelli jurnalistlərə açıqlamasında deyib.

Beyrutda Borelli Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati və Livan parlamentinin sədri ilə görüşüb. Onlar ölkədəki mövcud vəziyyəti müzakirə ediblər.

Oxşar