Cozef Borelli - Azərbaycan və Ermənistan nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayıram
Cozef Borelli - Azərbaycan və Ermənistan nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayıram

Biz Cənubi Qafqazın bütün sakinləri üçün təhlükəsiz, sabit və firavan məkana çevrilməsi üçün bütün səyləri dəstəkləyirik, – bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Cozef Borrel Azərbaycanın Xarici İşlər naziri, Ceyhun BayramovlaBrüsseldə keçirdiyi görüşlə bağlı bəyan etdi.

“Biz həmçinin, daha geniş bölgə məsələləri və qonşuluq münasibətlərini, xüsusən də Ermənistanla, müzakirə etdik. Bu baxımdan mən Azərbaycan və Ermənistan nazirlərinin şənbə günü, Tbilisidə keçirilən görüşünü alqışlayıram. Avropa İttifaqı bu səyləri dəstəkləməyə hazırdır və fikir ayrılıqlarının aradan qaldırılmasına və həll yollarının tapılmasına kömək etmək üçün fəal işləyir”, – Borelin yazıılı bəyanatında deyilir.