Cozef Borell- Avropa Şurası Gürcüstanın parlaq Avropa perspektivini təsdiqlədi
Cozef Borell- Avropa Şurası Gürcüstanın parlaq Avropa perspektivini təsdiqlədi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borell Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının yeddinci sessiyasının keçirilməsinə “tvitter” sosial şəbəkəsində əks səda verir.

Borell yazır ki, Avropa Şurası Gürcüstanın parlaq Avropa perspektivini təsdiqlədi və Gürcüstanın siyasi qüvvələri bu tarixi fürsətdən istifadə edərək Avropa İttifaqına gedən yolda irəliləməlidir.

“Avropa Şurası Gürcüstanın parlaq Avropa perspektivini təsdiqlədikdən sonra mən birinci Avropa-Gürcüstan Assosiasiya Şurasının sessiyasına sədrlik edirdim. Gürcüstanın siyasi qüvvələri bu tarixi fürsətdən istifadə edərək Avropa İttifaqına gedən yolda irəliləməlidir. Avropa İttifaqı bu yolda sizinlə birlikdə olmağa hazırdır”, – Cozef Borell yazır.araz