Cozef Borel - Rusiya illərdir Avropanın təhlükəsizliyini pozur, onun hərbi güclənməsi Krım, Donbas və Gürcüstanda güc tətbiq etdikdən sonra başladı
Bu krizis ötən ilin dekabrında başlamayıb, Rusiya illərdir Avropanın təhlükəsizliyini pozur, onun hərbi güclənməsi Krım, Donbas və Gürcüstanda güc tətbiq etdikdən sonra başladı, – bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borel bəyan etdi.
Onun dediyinə gprə, krizis yalnız Ukrayna və Avropa təhlükəsizliyi gündmində deyil. Rusiya vaxtın geri qaytarılması və təsir sahələrinin bərpasına çalışır.
“Biz buna yol verə bilmərik, bu indiki əsrin konsepsiyasıdır”, – Borel bəyan etdi.
Avropa İttifaqının ali nümayəndəsinin bəyan etdiyinə görə, təşkilatın iki prioriteti var. Diplomatiya və dayandırma. Borelin dediyinə görə, Rusiya Ukraynaya qarşı hərbi hərəkətlərə başlasa, Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyaları işə salacaq.