Cozef Borel - biz əlaqələri möhkəmləndirməyə, Gürcüstanın dayanıqlığını gücləndirmək və Avropa təhlükəsizliyini qorumaq üçün birlikdə olmağa davam edirik
Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borel “Twitter” sosial şəbəkəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşünə münasibət bildirib.
Cozef Borrelin qeyd etdiyi kimi, görüşdə Gürcüstanın islahat gündəliyində nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi və Avropa İttifaqına gedən yolda irəliləyişin zəruriliyinə toxunulub.
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və xarici işlər naziri İlia Darçiaşvili ilə yaxşı söhbətim oldu.
Gürcüstanın islahat gündəliyində nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi və Avropa İttifaqına gedən yolda irəliləyişin zəruriliyinə toxunuldu.
Biz əlaqələrimizi möhkəmləndirməyə, Gürcüstanın dayanıqlığını gücləndirmək və Avropa təhlükəsizliyini qorumaq üçün birlikdə olmağa davam edirik” -deyə Cozef Borel qeyd edir.
İrakli Ğaribaşvili Münhendə təhlükəsizlik konfransı çərçivəsində Cozef Borel ilə görüşüb.