Cozef Borel-ABŞ sakinləri kimi,Corc Floidin ölümündən sarsılmış və şoka düşmüşük
Avropa Birliyi qara dərili amerikalı, Corc Floidin ölümündən sarsılıb və şoka düşüb. Reuters Agentliyinin yazdığına görə, bu barədə AB-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib.
Borelin sözlərinə görə, Corc Floidin ölümü hüquq-mühafizəçilər tərəfindən vəzifə səlahiyyətlərinin qəddarcasına istifadə edildiyini göstərib.
Eyni zamanda o, irqçiliyi pisləyib.
“Biz irqçiliyin bütün növlərini pisləyirik. İnanırıq ki, xalq olaraq amerikalılar birləşə və fikir ayrılıqlarını aradan qaldırmaq qabiliyyətinə malikdirlər “-deyə o bildirib.
Cozef Borel bildirib : “Hər bir həyat vacibdir, qaraların həyatı da vacibdir.”
Hazırladı-Sevinc Mustafayeva