Covid-19-un müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatı daha iki dərmandan istifadəsi rekomendasiyasını verdi
Covid-19-un müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatı daha iki dərmandan istifadəsi rekomendasiyasını verdi.
BMT təşkilatının panelinin qərarına əsasən, koronavirus infeksiyasına qarşı ABŞ-ın farmasevt nəhəngi “Eli Lilly”-nin yaratdığı “Barisitinib” dərmanı tövsiyə olunur, hansı da “İlumiant” brendi adı ilə satılır.
Revmatoid artritin müalicəsi üçün istifadə edilən qeyd olunan dərman, ağır və kritik pasiyentlər üçündür. “Barisitinib” ventilasiya lüzumluluğunu azaldır və müəyyən olundu ki, pasiyentin arzuolunmayan reaksiyaların artmsı olmadan xilas olma şanslarını yaxşılaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatı həmçinin, Covid-19-un yüngül formaları olan, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan insanlar üçün eksperimental monoklonal antigen müalicəsi olan “Sotrovimab” dərmanı üçün “şərti relomendasiya” verdi.
Monoklonal antigenlər orqanizmin təbii müdafiə mexanizmini imitasiya edən laboratoriyada hazırlanmış birləşmələrdir. Rekomendasiyalar 4000-dən çox yüngül, ağır və kritik xəstələrin iştirak etdiyi yeddi sınaqdan əldə edilən sınaqlara əsaslanır.