Corcia Meloni - biz Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün tutduqları yolu dəstəkləyirik, bu, Avropaya hamının birlikdə qayıtması deməkdir
İraliyanın baş naziri, Corcia Meloni bəyan edir ki, İtaliya Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzv olmaq səylərini dəstəkləyir.
Meloninin dediyinə görə, Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına üzv olması onların Avropaya qayıtması deməkdir.
“Prinsiplər bizi ötən əsrin ən ağır illərinə qaytaracağını düşünənlər tərəfindən məhv edildi. Məhz elə buna görə, biz Ukrayna ilə olacağıq, onlara yardım edəcəyik, lazım olana qədər həmişə. Məhz elə buna görə, biz Ukrayna, Moldova və Gürcüstanın, eləcə də qərbli partnyorların Avropa İttifaqına üzv olmaq üçün tutduqları yolu dəstəkləyirik. Bu da, Avropa İttifaqının genişlənməsi deyil, hamının birlikdə qayıtması deməkdir”, – Meloni Avropa siyasi birliyinin ikinci sammitində bəyan etdi.