Corc Soros - nəinki Ukrayna , habelə Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri də Aİ-yə üzvlük hüququ əldə etməlidirlər
Nəinki Ukrayna , habelə Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri də Aİ-yə üzvlük hüququ əldə etməlidirlər-bu barədə “Project Syndicate” tərəfindən nəşr olunan milyarder, xeyriyyəçi və “Açıq Cəmiyyət” Fondunun təsisçisi Corc Sorosun məktubunda deyilir.
Bununla yanaşı, Sorosun məktubunda Avropanın Ukraynaya müdaxiləyə tarixdə heç vaxt olmadığı qədər sürətlə, birlik və enerji ilə reaksiya verdiyi qeyd olunur.
“Fransa prezidenti Emmanuel Makron avropapərəst yanaşmasını əhəmiyyətli dərəcədə genişləndirərək, coğrafi genişlənmənin vacibliyini və Aİ-nin buna hazırlaşdırılmasının zərurətini dəstəkləyir. Nəinki Ukrayna , habelə Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri də Aİ-yə üzvlük hüququ əldə etməlidirlər. Təfərrüatları işləyib hazırlamaq vaxt aparacaq, lakin görünür, Avropa düzgün istiqamətdə gedir. O, Ukraynaya müdaxiləyə tarixdə heç vaxt olmadığı qədər sürətlə, birlik və enerji ilə reaksiya verdi. İlkin tərəddüddən sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen də həmçinin özündə güclü avropapərəst səs tapdı”-deyə Corc Sorosun məktubunda deyilir.