Corc Buşun sözlərinə  görə, Anqela Merkellə ən böyük siyasi fikir ayrılıqları Gürcüstanın NATO-ya üzv olmaq üçün müraciət prosesi ilə bağlı idi
Corc Buşun sözlərinə görə, Anqela Merkellə ən böyük siyasi fikir ayrılıqları Gürcüstanın NATO-ya üzv olmaq üçün müraciət prosesi ilə bağlı idi

Keçmiş ABŞ Prezidenti Corc Buşun sözlərinə görə, Anqela Merkellə ən böyük siyasi fikir ayrılıqları Gürcüstanın NATO-ya üzv olmaq üçün müraciət prosesi ilə bağlı idi. Bunu ABŞ-ın keçmiş prezidenti Almaniyanın “Deutsche Welle” nəşrinə eksklüziv müsahibəsində deyib.

Corc Buşa görə, Alman kansleri çox möhkəm bir mövqedə idi və bunun doğru addım olmayacağını düşünürdü.

“Angela gəldi və bundan əvvəl ölkələr arasındakı vəziyyət tamamilə dəyişdi. Əlbəttə də fikir ayrılıqlarımız var idi. Əsas məsələ bəlkə də Gürcüstanın NATO üzvlüyü müraciəti ilə bağlı proseduru qəbul edib etməməsi idi. Qəti bir mövqeyə sahib idi və bunu etməyin doğru olmadığını düşünürdü. Bunun doğru addım olacağını düşünürdüm. Elə bir ünsiyyət qurduq ki, siyasət üstündə dostluq olduğu üçün fərdiləşdirilmədi. Ölkələr arasında daha konstruktiv və müsbət münasibətlər inkişaf etdi” , – dedi Buş.